Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Tərbiyyə metodları.

Similar presentations


Presentation on theme: "Tərbiyyə metodları."— Presentation transcript:

1 Tərbiyyə metodları

2 Plan: Tərbiyyə metodları anlayışı, onların təsnifatı
Şüuru formalaşdıran metodlar Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar Fəaliyyəti və davranışı stimullaşdıran metodlar Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodu

3 Plan 1 Tərbiyyə metodları anlayışı, onların təsnifatı
Tərbiyə metodu tərbiyə prosesinin mühüm ünsürlərindən biridir: o, tərbiyənin məqsəd və məzmunu ilə sıx bağlı olub, onların həyata keçirilməsinə kömək edir. «Metod» yunanca məqsədə çatmaq yolu deməkdir. «Metod» sözü ərəbcə «üsul» sözünün qarşılığıdır. Tərbiyyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyiril.

4 Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışları da işlədilir
Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışları da işlədilir. Vasitə dedikdə tərbiyə işində istifadə olunan söz, fəaliyyət növləri, bədii-texniki vasitələr başa düşülür. Tərz isə metodun tərkib hissəsidir. Məsələn, əxlaqi söhbət metodu zamanı müəllim tarixi şəxsiyyətlərin nümunəsindən istifadə edirsə, bu, həmin metodun tərzi sayılır.

5 Tərbiyə işində bəzən cəzadan, o cümlədən fiziki cəzadan, yaxud öyüd- nəsihətdən sui-istifadə halları müşahidə olunur. Uşağı döymək tərbiyə işinə kömək etmir, əksinə, onu çətinləşdirir. Döymək bir sıra mənfi keyfiyyətlər yaradır. Döyülən uşaqlar onları vuran adamı sevmir, ona heç vaxt hörmət etmir. Belələri böyüdükdə zorakılığa, aqressivliyə meylli olurlar. Hüquqi sənədlərdə- BMT-nin « Uşaq hüquqları haqqında beynəlxalq konvensiyası»nda, Azərbaycan respublikası CM-nin 132-ci maddəsində uşaqlara fiziki və mənəvi ziyan vuran şəxslər üçün müvafiq məsuliyyət nəzərdə tutulur.

6 Metodların Təsnifatı Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər. İnsan fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Tərbiyyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir. Adət tərbiyəsi ilk zamanlar iradə tərbiyəsi ilə yanaşı gedir. Əxlaqi tələblər insandan iradə gücü-çətinlikləri aradan qaldırmaq səyi tələb edir. Tərbiyyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır.

7 Şüuru formalaşdıran metodlar

8 Əxlaqi söhbətlər Əxlaqi söhbətlər müəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır.Belə söhbətlər 2 növdə olur: kollektiv və fərdi söhbətlər. Kollektiv söhbətlər müəyyən qrupla keçirilir və profilaktik məqsəd güdür. Fərdi söhbətlər tək-tək uşaqlarla müəyyən xoşagəlməz hərəkətlərlə bağlı aparılan söhbətlərdir.

9 Əxlaqi mövzuda məruzə və mühazirələr
Müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar. Disput 3 mərhələdə təşkil olunur: A) hazırlıq mərhələsində mövzu elan olunur B) disputun keçirilməsi mərhələsi müəllimin giriş sözü ilə başlayır. C) yekun mərhələsində müəllim mübahisə ilə bağlı səhv fikirləri məharətlə təhlil edib ümumiləşdirir.

10 Bədii əsərlərin müzakirəsi
Əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyət qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək edir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur Bədii əsərlərin müzakirəsi

11 İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Şəxsiyyət fəaliyyət prosesində formalaşır və inkişaf edir, yeni-yeni keyfiyyətlərə yiyələnir. Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipindən bəhs edərkən əməyin tərbiyyəvi rolunu qeyd edirik. Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar 1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi

12 Tərbiyələndirici situasiyaların yaradılması metodu
Tələb metodu Əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağa xüsusi təkşil edilmiş tərbiyəedici situasiyaya salır. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. İki formada verilir: birbaşa və dolayı yolla. Birbaşa tələb əmr, tapşırıq, sərəncam şəklində, dolayı tələb isə xahiş, məsləhət, yumor,zarafat, lətifə və s istifadə etməklə verilir

13 Təmrin (məşq) metodu İctimai rəy metodu
İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. Bu məqsədlə şagirdlərin kollektiv həyatında baş verən hadisələrin birgə müzakirəsinə cəlb etmək lazımdır. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onlıarı möhkəmləndirib müsbət davranış adətləri yaratmat məqsədi güdür. Təmrin iki mənada başa düşülür. Geniş mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib adət yaratmaq metodu kimi başa düşülür.

14 Fəaliyyəti və davranışı stimullaşdıran metodlar
Yarış metodu Rəğbətləndirmə metodu Cəzalandırma metodu İnsanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. İnsanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. İnsanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür.

15 Təşəkkürlər! İsmayılova Mehriban


Download ppt "Tərbiyyə metodları."

Similar presentations


Ads by Google