Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

III DƏRS: XEKŞER-OLİN NƏZƏRİYYƏSİ

Similar presentations


Presentation on theme: "III DƏRS: XEKŞER-OLİN NƏZƏRİYYƏSİ"— Presentation transcript:

1 III DƏRS: XEKŞER-OLİN NƏZƏRİYYƏSİ
Dr. Elşən BAĞIRZADƏ Bakı Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq ticarət

2 Mündəricat Giriş Xekşer-Olin nəzəriyyəsində ölkələrarası faktor fərqlilikləri Xekşer-Olin teoremi Faktor-Qiymət Bərabərliyi Teoremi Stolper-Samuelson Teoremi Rıbçinsk Teoremi Leontief paradoksu Mənbələr ……………………………………………………… Copyright © 2003 Pearson Education, Inc.

3 Giriş Rikardo modeli xarici ticarətin səbəbini bir faktorlu model çərçivəsində ölkələr arasındakı məhsuldarlıq fərqliliklərilə izah etmiş, ancaq bu məhsuldarlığın səbəblərinə toxunmamışdır. Xekşer-Olin (Heckscher-Ohlin) nəzəriyyəsi ilk dəfə İsveçli iqtisadçı Eli. F. Heckscher ( ) tərəfindən 1919-cu ildə nəşr edilən “Gəlir Bölgüsü Üzərində Xarici Ticarətin Təsiri” adlı məqalədə ortaya atılmış, sonradan isə tələbəsi, iqtisadçı və siyasətçi Bertil Ohlinin ( ) 1933-cu ildə nəşr edilən “Regional və Beynəlxalq Ticarət” adlı kitabında inkişaf etdirilmişdir. Müqayisəli üstünlük nəzəriyyəsinin çatışmazlıqlarını ortadan qaldırmaq məqsədi daşıyan nəzəriyyə, əslində Xekşer-Olin, Faktor –Qiymət Bərabərliyi, Stolper-Samuelson ve Ribçinsk (Rybczynski) Teoremlərindən ibarətdir. Copyright © 2003 Pearson Education, Inc.

4 Xekşer-Olin nəzəriyyəsində ölkələrarası faktor fərqlilikləri
Real dünyada, ticarət qismən də olsa, əmək məhsuldarlığındakı fərqliliklə şərh edildiyi zaman, eyni zamanda ölkə faktorlarındakı fərqliliklər də ortaya çıxır. Ticarətin yeganə mənbəyinin faktor fərqlilikləri olduğu irəli sürülür. Müqayisəli üstünlüyə aşağıdakıların təsiri etdiyi göstərilir: Ölkələrin nisbi faktor bolluğu (factor abundance) Malların nisbi faktor tutumluğu (factor intensity) Xekşer-Olin nəzəriyyəsi eyni zamanda faktor nisbətləri nəzəriyyəsi (factor-proportions theory) olaraq da adlandırılır. Copyright © 2003 Pearson Education, Inc.

5 Xekşer-Olin teoremi Ölkə sahib olduğu bol faktorun intensiv istifadə edildiyi malı ixrac edəcək, qıt sahib olduğu faktorun intensiv istifadə edildiyi malı isə idxal edəcəkdir. Copyright © 2003 Pearson Education, Inc.

6 Faktor-Qiymət Bərabərliyi Teoremi
Beynəlxalq ticarət ölkələr arasında eynicinsli faktorların nisbi və mütləq qazanclarının bərabərləşməsini tamamlayacaqdır. Bu o anlama gəlir ki, beynəlxalq ticarət bir növ beynəlxalq faktor mobilliyini təmin edir. Copyright © 2003 Pearson Education, Inc.

7 Stolper-Samuelson Teoremi
Əgər malın nisbi qiyməti artırsa, faktor təklifi sabittirsə, istehsalda intensiv istifadə edilən faktorun nominal və real qazancı artır, digər faktorun nominal və real qazancı isə azalır. Əksi də doğrudur. Copyright © 2003 Pearson Education, Inc.

8 Rıbçinsk Teoremi Əgər ölkədə istehsal faktorlarından biri artırsa, verilmiş mal qiymətlərində onun intensiv bir şəkildə istifadə edildiyi malın təklifi artacaq, digər malın təklifi isə azalacaqdır. Əksi də doğrudur. Copyright © 2003 Pearson Education, Inc.

9 Leontief paradoksu Leontief tapmışdır ki, ABŞ ixracatı idxalatına nisbətən daha az kapital tutmludur, ancaq ABŞ dünyada ən çox kapitalı bol ölkədir. Copyright © 2003 Pearson Education, Inc.

10 Mənbələr P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley, 2006 James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005. Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008 H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2007. R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. Copyright © 2003 Pearson Education, Inc.


Download ppt "III DƏRS: XEKŞER-OLİN NƏZƏRİYYƏSİ"

Similar presentations


Ads by Google